
Tacikistanda güclü zəlzələ baş verib, evlər dağılıb
13 Aprel 2025
Tacikistanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Xucənd şəhərindən 171 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində17 yaşayış evi dağılıb. Bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Böhranlı Vəziyyətləri İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Rəşt rayonu olub. Orada zəlzələnin gücü 5 bal, paytaxt Düşənbədə isə 4 bal təşkil edib.
Qeyd edək ki, yeraltı təkanlar qonşu ölkələrdə də hiss edilib.