Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tacikistan-Qırğızıstan sərhədində toqquşma: Ölən var

Bu gün səhər Tacikistan və Qırğızıstan sərhədində yenidən atışma baş verib.

“TASS” xəbər verir ki, tərəflər qumbaraatnlardan və minaatanlardan istifadə ediblər. İnsident nəticəsində Tacikistan tərəfindən 1 sərhədçi həlak olub.

Məlumata görə, hadisə ilə bağlı hələ ki rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, iki ölkə arasında sərhədçilər arasında mütəmadi olaraq insidentlər baş verir.