Sumqayıtda narkomanlar üçün Reabilitasiya Mərkəzində yanğın olub
06 Mart 2025
Sumqayıtda narkomanlar üçün Reabilitasiya Mərkəzində yanğın olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq, söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 540 kvadratmetr olan tikilinin taxta konstruksiyalardan ibarət üçüncü mərtəbəsi əşyaları ilə birgə 180 kvadratmetr sahədə yanıb.
Tikilinin birinci və ikinci mərtəbələri yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.