Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib. Hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1983-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib. Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.

Zəhərlənən uşaqlar 2007-ci il təvəllüdlü N. Süleymanova, 2016-ci il təvəllüdlü N. Süleymanov və 2017-ci il təvəllüdlü Y. Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

Tibbi müdaxilədən sonra zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıblar. Ana və onun üç uşağının vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşadırma aparılır. (APA)