Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sülhməramlıların "BTR"i Xankəndidə dərəyə aşıb: ölən və yaralananlar var



Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.

Bu barədə Telegram kanallarında məlumat yayılıb.

Qəza nəticəsində 1 rusiyalı hərbi qulluqçunun həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilir.

Yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndiririlir.

Yaralılar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.