Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sülhməramlılar fəalları hərbi postdan çıxarmaq istəyir, QHT "çıxmayacağıq" deyirlər - FOTOLAR/VİDEO

Rusiya sülhməramlı qüvvələrinin yüksək rütbəli nümayəndəsi azərbaycanlı fəallardan sülhməramlı kontingentin postunun ərazisini tərk etməyi tələb etsə də, fəallar kontingent komandanının əraziyə gəlməsini istəyirlər.

"Üçtərəfli bəyanata əsasən sizdən ərazini tərk etməyinizi xahiş edirəm", - hərbi geyiminə əsasən polkovnik olduğu güman edilən, lakin soyadı yazılan nişanı çıxarmış rusiyalı hərbçi deyib.



Buna cavab olaraq ekologiya üzrə QHT-ləri təmsil edən fəallar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun onlarla görüşməsini tələb edirlər.

Azərbaycanlı ekoloq Könül Əlizadə deyib ki, Qarabağda etiraz aksiyası keçirən azərbaycanlı ekoloqlar Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkov hadisə yerinə gələnədək aksiyanı davam etdirəcəklər.

Onun sözlərinə görə, etirazçılar Azərbaycanın təbii sərvətlərinin qorunması məqsədilə monitorinq keçirilməsini tələb edirlər: "Biz təbii sərvətlərimizin hazırda hansı vəziyyətdə olduğu ilə yerində tanış olmaq üçün monitorinqlərin aparılmasını tələb edirik. Lakin sülhməramlılar bizə icazə vermirlər".



K.Əlizadə vurğulayıb ki, etirazçılar sülhməramlıların nümayəndələrini gözləyirlər: "Biz sülhməramlıların komandanı general-mayor Andrey Volkovun gəlib tələblərimizi dinləyəcəyini gözləyirik, lakin o, hələ gəlməyib. Aksiya iki saatdan çoxdur davam edir, amma hələlik bir nəticə yoxdur”.

"Rusiya sülhməramlılarının komandan Andrey Volkov iki xalq arasında sülhməramlı rolunu oynamır, özünü ermənilərin himayədarı kimi aparır".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində İctimai Şuranın sədr müavini Nərminə Qəribova deyib.

Beş saatdan artıqdır Şuşa-Xankəndi yolunda olduğunu bildirən sədr müavini aksiyada səsləndirilən şüarların təbiət, gələcək və həyat naminə olduğunu söyləyib. N.Qəribova etirazçıların bu əraziyə xoşməramlı məqsədlə gəldiklərini vurğulayıb.



Onun sözlərinə görə, təbiəti müdafiə dünyanı müdafiə deməkdir: "Lakin öz təbiətimizə qarşı böyük ekoloji terroru görürük. Biz burada Rusiyanın Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovla görüşmək istəyirik. Lakin belə bir vəziyyət müşahidə olunur ki, Volkov iki xalq arasında sülhməramlı rolunu oynamır, o, özünü daha çox ermənilərin himayədarı kimi aparır. Bizi qarşılamaq istəmir".

N.Qərimova hesab edir ki, bu, Azərbaycan xalqına qarşı hörmətsizlikdir: "Biz vətəndaş cəmiyyəti və media olaraq dəyanətli Azərbaycan xalqının nümayəndələriyik və biz çox güclüyük. Hava şəraitinin soyuq keçməsinə baxmayaraq Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən çadırlarımız qurulub və biz burada aylarla qala bilərik. Əsas odur ki, təbiətimiz və ölkəmizi qoruyaq. Ümid edirik ki, Volkovu bura göndərən dövlət tərəfindən ona layiqli qiymət veriləcəkdir".

Xatırladaq ki, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər. (Report)

https://www.youtube.com/watch?v=4RQqvzrb9FE&t=2s