Logo
news content
User
Kateqoriyalar

Xəbər

Strateji valyuta ehtiyatlarımız 91 milyard dollara çatıb

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard ABŞ dolları təşkil edib.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.

O, xatırladıb ki, ötən il ölkənin strateji valyuta ehtiyatları təqribən 14 milyard ABŞ dolları və yaxud 20 % artaraq 85 milyard ABŞ dolları keçib:

"Bu, ÜDM-dən 12 % çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir, xarici dövlət borcunu (4,8 milyard ABŞ dolları) 18 dəfəyə qədər üstələyir.