Logo
news content
User
Kateqoriyalar

Xəbər

Strateji valyuta ehtiyatlarımız 89,4 milyard dollara çatıb, xarici borcu 20 dəfə üstələyir

Strateji valyuta ehtiyatlarımız oktyabrın 1-nə 89,4 milyard dollara çatıb, bu da xarici dövlət borcunu 20 dəfə üstələyir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.

“Biz artıq hər il Dövlət Neft Fondundan transferti azalmaq siyasəti həyata keçiririk. 2030-cu ilə qədər transferti 1,5 milyard dollar azaldaraq, 2030-cu ildə 5,5 milyard dollar transfert məbləğinə çatmağı hədəfləyirik. Neftdən asılılığı azaltmaq üçün sistemli iş aparırıq”, - deyə nazir qeyd edib.