Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail: İran kimyəvi silah hazırlayır, ABŞ-la birlikdə hücuma hazırlaşırıq

İsrailin müdafiə naziri İsrael Kats İranın kimyəvi silah hazırladığını və bu barədə həm İsrailin, həm də ABŞ-ın məlumatlı olduğunu bildirib.

Kats bu barədə Təl-Əvivdə keçirdiyi xüsusi mətbuat brifinqində danışıb.

Katsın sözlərinə görə, İsrail və ABŞ qüvvələri İrana mümkün hücum ehtimalına qarşı hazırlıq görür. O bildirib ki, hücumla bağlı yekun qərarı ABŞ prezidenti Donald Tramp verəcək.

Nazir onu da qeyd edib ki, İsrail-İran müharibəsi baş verəcəyi təqdirdə “Hizbullah”ın bu hərbi əməliyyatlara qoşulmayacağı ehtimal edilir.

Kats, həmçinin ABŞ ərazisində İranla əlaqəli hüceyrələrin fəaliyyət göstərdiyini və onların Tramp da daxil olmaqla, yüksək vəzifəli şəxsləri hədəfə almağa çalışdığını iddia edib.

İsrail müdafiə naziri əlavə edib ki, İsrail ordusu ilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana birgə hücum planları hazırdır və əməliyyatın başlanması ilə bağlı qərar Trampdan asılıdır.