“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb
06 İyun 2025
Azərbaycanda fəaliyyətə başlayan “Starlink Azerbaijan” MMC rəsmi olaraq uçota alınıb.
Şirkət 4 iyun tarixində qeydiyyata alınıb.
Şirkətin müraciəti əsasında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçotun aparılmasını təmin edib.
"Starlink" Azərbaycanda peyk üzərindən yüksək sürətli internet xidməti göstərəcək.