Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Sputnik” daha bir ölkədə bağlanır - Ləğetmə prosesi təyin edilib

Kremlin xəbər agentliyi “Sputnik News” Ukraynanın işğalından sonra Avropa İttifaqının Rusiyanın dövlət mediasına qoyduğu qadağalar səbəbindən Fransada ləğv olunma prosesindədir.

“Sputnik News”un Fransadakı rəhbəri Vladimir Morozov bildirib ki, ləğvetmə hələ mayın 4-də məhkəmə tərəfindən təyin edilib və 2024-cü ilə qədər davam edə bilər.

Maaşları əməkhaqqı zəmanəti sxemi ilə təmin edilən şirkətin Fransadakı 27 işçisi qərardan qısa müddət sonra işdən çıxarılıb.