Logo
news content
User
Kateqoriyalar

Xəbər

Spiker kilsəyə qarşı - Simonyan vergi məsələsini qaldırdı

Yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergiyə cəlb edilməsi məsələsini müzakirə etmək lazımdır.

“Sputnik-Armeniya” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan qanunverici orqanın iclasında çıxışı zamanı deyib.

“Hisslərimizlə, tariximizlə oynamağı dayandırın. Onsuz da siyasətlə məşğul olur, diaspordan pul yığırsınız. Şam, “Coca-Cola”, şərab satır, restoranlar işlədirsiniz, amma vergi ödəmirsiniz”, - o vurğulayıb.

O, din xadiminin vergi ödəyən sadə iş adamından niyə üstün olduğunu anlamaq istədiyini vurğulayıb.

Bundan başqa, A.Simonyan etirazçıların İrəvandakı katolikosun iqamətgahının ərazisinə, Müqəddəs Anna kilsəsinin həyətinə toplaşmasından da narazıdır.