Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sırski: Rusiya ordusu bütün cəbhə boyu hücumlarını aktivləşdirib

Rusiya ordusu faktiki olaraq bütün cəbhə boyu hücum hərəkətlərini aktivləşdirib.

Ukrayna mediası xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunların yenidən qruplaşdırılmasını həyata keçirir.

Sırski qeyd edib ki, rusların təxminən 106 min şəxsi heyətini cəmləşdirdiyi Pokrovsk hazırda ən gərgin istiqamətdir.