Simonyanın arzusu, yoxsa Rusiyanın planı?
06 Yanvar 2022
Xəbər verdiyimiz kimi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hərbi yardım istəyib.
Ölkədə keçirilən aksiyaların xaricdən idarə olunduğunu deyən Tokayev, etirazçıları terrorçu adlandıraraq, KTMT üzvlərindən hərbi yardım istəməyin zəruriliyindən danışıb.
Qeyd edək ki, Tokayev yardım istəyinə ilk reaksiya verənlərdən biri Rusiyanın siyasi ruporu olan "Rossiya Seqodnya" İnformasiya Agentliyininr rəhbəri, "Sputnik" agentliyinin baş direktoru Marqarita Simonyan olub. Simonyan Moskvanın Qazaxıstana yardımlarının şərtləri barədə yazıb.
"Təbii ki, kömək lazımdır. Mütləq kömək etməliyik. Ancaq bəzi şərtlər də qoyulmalıdır:
Moskva “ruporun” dili ilə danışdı!

- Krımı tanımaq.
- Kiril əlifbası qayıtsın.
- Rus dili Qırğızıstandakı kimi yenə ikinci dövlət dili olsun.
- Rus məktəblərinə toxunulmasın.
- Anti-Rusiya mövqeli QHT-ləri ölkədən qovulsun.
- Millətçilərdən uzaq durmaq şərtilə anlaşılan daxili qardaşlıq siyasəti yürüdülsün".
Moskva “ruporun” dili ilə danışdı!