Logo
news content
User
Kateqoriyalar

Xəbər

Simonyan: "Sülh sazişini imzalamaqdan imtina edə bilərik"

Başlıca məsələlərlə bağlı kompromiss əldə edilməzsə, Ermənistanın Azərbaycanla istənilən sülh sazişini imzalamaqdan imtinası istisna deyil.

TASS xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan qanunverici orqanın iclasında bildirib.

Onun sözlərinə görə, Ermənistan ərazisinin heç bir hissəsi müzakirə mövzusu deyil, danışıqlar davam edir, işçi qruplar görüşür, bu heç nə demək deyil: “Əgər biz razılığa gəlməsək, onda ümumiyyətlə, istənilən sənədi imzalamaqdan imtina etməyimiz mümkündür”.