Logo
news content
User
Kateqoriyalar

Xəbər

Simonyan: "Ermənistanda hərbi baza ilə bağlı heç bir ölkə ilə danışıqlar aparmırıq"

Ermənistan heç bir ölkə ilə hər hansı hərbi bazanın yerləşdirilməsi və ya strateji müttəfiqliyə qoşulması ilə bağlı müzakirələr, danışıqlar aparmır.

Ermənistan KİV-i xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin son bəyanatına münasibət bildirərkən deyib.

O, M.Qaluzinin Ermənistanın Qərb ölkələrinin milli məlumat bazalarına çıxışla mümkün təmin edilməsi barədə bəyanatını “absurd” adlandırıb.

A.Simonyan həmçinin Ermənistana qarşı birbaşa və dolayı təhdidlərə son qoymağa çağırıb.