Simonyan: Dörd kənd Ermənistan ərazisi deyil
27 Mart 2024
Ermənistan Tavvuş vilayətinin kəndlərini təslim etmək niyyətində deyil, bu barədə martın 27-də jurnalistlərə Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib. Onun sözlərinə görə, sözügedən dörd kənd Ermənistan ərazisi deyil.
“Mən bu kəndlərin Ermənistan ərazisində olduğunu sübut edəcək insan axtarıram”, deyə o bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Qazax rayonunun 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş 4 kəndini Azərbaycana qaytarmaq zərurətindən bəhs edib.