
Simonyan: "Bakı ilə danışıqlarda Moskvanın vasitəçiliyini qəbul etmək ehtimalımız azdır"
11 Fevral 2025
Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini çətin ki, qəbul etsin.
Ermənistan KİV-i xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
"Fikrimcə, bu, çətin ki, mümkün olsun. Əlbəttə, biz hər bir konkret təklifi müzakirə edirik, lakin keçmiş təcrübə çoxlu sayda pis xatirələr qoyub, hələ də cavabsız qalan çox suallarımız var", - o qeyd edib.