Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səudiyyədən yeni gediş - Neftin qiymətini qaldırdı

Səudiyyə Ərəbistanı neft bazarında öz şərtlərini diktə eləməkdə davam edir. baz

Pressklub.az-ın "Bloomberg"-ə istinadla məlumatına görə, dünyanın ən böyük neft ixracatçısı Asiya və Avropa üçün neftin qiymətini qaldırıb.

Aprel ayı üçün “Arab Light”ın Asiya üçün rəsmi satış qiyməti Oman-Dubay etalonunda 2,5 ABŞ dolları bahalaşıb ki, bu da mart ayı qiymətindən 50 sent yüksəkdir.

Eyni zamanda Səudiyyə Ərəbistanının dövlət şirkəti olan “Saudi Aramco” aprel ayında şimal-qərbi Avropaya nəql etdiyi neftin qiymətini bir barel üçün 1 ABŞ dolları artırıb.

Səudiyyə Ərəbistanı hər ayın əvvəlində istehlakçıların müraciətləri əsasında çatdırılma cədvəlini formalaşdırır, lakin qlobal neft bazarına təsir edən Ukraynadakı vəziyyətlə əlaqədar qiymət siyasətinə əhəmiyyətli dərəcədə yenidən baxılıb.