Səudiyyə Ərəbistanından "sürpriz" - Atatürkün posteri "Qalatasaray" - "Fənərbağça" matçının ləğvinə səbəb oldu
29 Dekabr 2023
Türkiyə Superkuboku matçı keçirilməyəcək.
Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan "Fənərbaxça" - "Qalatasaray" matçı ərəblərin bəzi qadağaları səbəbiylə ləğv olunub. Əsas qadağa Türkiyə Respublikasının qurucusu Müstafa Kamal Atatürkün fotosu ilə bağlı olub.
Belə ki, matçın başlanmasına dəqiqələr qala stadionda qoşulan ərəb mahnıları türk azarkeşlərin kəskin narazılığına səbəb olub.
Komandalar isə Türkiyə Futbol Federasiyasına oyuna çıxmayacaqlarını bildirib. İddialara görə, iki klub da artıq Türkiyəyə qayıtmaq üçün yola düşməyə hazırlaşırlar.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlamalı idi.