Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səudiyyə Ərəbistanı husilərin nəzarətində olan neft anbarına zərbələr endirib

Səudiyyə Ərəbistanının aviasiyası Yəmənin paytaxtı Səna şəhərinin qərbində husilərin nəzarətində olan neft anbarına üç zərbə endirib.

Bu barədə "RİA Novosti"yə yerli hakimiyyət orqanlarındakı mənbə bildirib.

"Səudiyyə qırıcıları Sənanın qərbindəki Əs-Səbah rayonunda yerləşən neft anbarına üç hava zərbəsi endirib", - mənbə deyib.

Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası "irimiqyaslı hərbi əməliyyat"ın keçirilməsi ilə əlaqədar mülki şəxsləri Sənadakı Yəmən neft şirkətinin obyektini tərk etməyə çağırıb.

Eyni zamanda bildirilib ki, Səudiyyə Ərəbistanının qırıcıları qərbdəki Hüdeydə vilayətində Yəmən neft şirkətinin stansiyasına zərbələr endirib: "Səudiyyə Ərəbistanı Hüdeydə vilayətinin Bacil rayonundakı Rəs-İsa neft anbarına və Yəmən neft şirkətinin stansiyasına silsilə aviazərbələr endirib".