Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

Ukrayna Moskvaya kütləvi pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib.

Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində hərəkət edən 20 PUA-nı vurub.

Mer qeyd edib ki, dronların qalıqlarının düşdüyü ərazilərdə təcili xidmət əməkdaşları fəaliyyət göstərirlər.

Hücumla əlaqədar Moskvanın Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Vnukovo hava limanındakı məhdudiyyətlər səbəbindən Türkiyədən Moskvaya uçan 10 təyyarə marşrutunu dəyişmək məcburiyyətində qalıb.