Azərbaycanda əhalinin borc yükü artıb
14 Oktyabr 2026
Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik "Maliyyə sabitliyi hesabatı"nda məlumat verilib.
Hesabata əsasən, bu il iyulun 1-nə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 18.7 faiz təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz bəndi artıb.
Mərkəzi Bankın hesabatında bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri artsa da, borc yükünün həmin gəlirlərdəki payı yüksəlməkdə davam edir.
Qurum əhalinin borc yükündəki dəyişiklikləri diqqətdə saxlayır.