Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Şərq Bazarı"nın təmirində iştirak edən fəhlələrin pulunu niyə vermirlər?

"Şərq Bazarı" ticarət mərkəzinin bərpası layihəsində iştirak edən fəhlələr iyunun 16-da etiraz aksiyası keçiriblər. Onlar əmək haqlarının ödənilməməsindən şikayət ediblər.

Onların sözlərinə görə, ticarət mərkəzinin rəhbərliyi buna görə "Vepa Mühəndislik" və "MEK" adlı podratçı şirkətlərin məsul olduğunu bildirirlər.

Fəhlələr onlara əvvəlcə pulu bank kartlarına köçürməyi vəd ediblər, amma bu vəd yerinə yetirilməyib.

"Son nəticədə isə ümumiyyətlə əmək haqqı ödəməyiblər. Kimisi 1 aylıq, kimisi 4 aylıq əmək haqqını almayıb. Şikayətlərimizə cavab olaraq tədbir görməyi vəd ediblər, amma nəticə etibarilə 100 nəfər pul ala bilmir", deyə etirazçılardan biri bildirib.

Fəhlələrin qarşısına çıxan MEK firmasının nümayəndəsi bildirib ki, vəsaiti podratçı "Vepa Mühəndislik" şirkəti ödəməlidir. Amma adı çəkilən şirkətdən şərh almaq mümkün olmayıb. (Turan)