Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd edən iki tanker zərbələrə məruz qalıb

Hörmüz boğazından keçməyə cəhd edən iki tanker İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri tərəfindən zərbələrə məruz qalıb.

"Tasnim" agentliyi xəbər verir ki, bu barədə SEPAH-ın məlumatında deyilir.

"ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təsirinə düşərək İran tərəfinin razılığı olmadan Hörmüz boğazından keçə biləcəklərini hesab edən iki tanker zərbələrə məruz qalıb və onların hərəkəti dayandırılıb, digər dörd tanker isə dərhal istiqamətini dəyişib", - məlumatda bildirilib.