Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH: Hörmüz boğazı ABŞ İranın şərtlərini qəbul edəndən sonra açılacaq

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, general Hüseyn Möhəbi Hörmüz boğazının açılması ilə bağlı şərtlərin İranın müəyyən etdiyi mexanizm və xüsusi tələblər əsasında müəyyənləşəcəyini bildirib.

O, jurnalistlərə açıqlamasında deyib ki, Hörmüz boğazının açılması İran İslam Respublikasının müəyyən etdiyi mexanizm və şərtlərdən asılıdır və İranla Oman arasında aparılan danışıqlara bağlı deyil.

Möhəbi qeyd edib ki, Hörmüz boğazı İran üçün yalnız iqtisadi su yolu deyil, həm də coğrafi və strateji güc amilidir.

SEPAH sözçüsü bildirib ki, boğazın açılması ABŞ-ın İranın şərtlərini tam qəbul etməsindən və "regional danışıqlara müdaxilədən" əl çəkməsindən asılıdır.

“ABŞ İranın şərtlərini qəbul etdiyi zaman Hörmüz boğazı mütləq açılacaq”, – deyə o vurğulayıb.