Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH: Bütün şərtlər qəbul edilənə qədər Hörmüz boğazını qoruyacağıq

ABŞ administrasiyası İranın bütün şərtlərini qəbul edənə qədər İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazını qoruyacaq.

Bu barədə SEPAH-ın sözçüsü Hüseyn Mohəbbi bildirib.

"Strategiyamız İranın bütün şərtləri qəbul edilənə qədər Hörmüz boğazını qorumaqdır", - o deyib. H.Mohəbbi əlavə edib ki, məqsəd düşməni məğlubiyyətə uğratmaqdır.

SEPAH sözçüsünün iddiasına görə, hazırda ABŞ bütün hədəflərindən uzaqlaşmağa məcbur olub: "Bu boğaz bizim üçün sadəcə bir su yolu deyil, həm də bir döyüş coğrafiyasıdır".