Senat Rusiya əleyhinə sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib
29 İyul 2026
ABŞ Konqresinin Senatında Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsi üzrə prosedur səsverməsi keçirilib.
Səsverməni "C-SPAN" telekanalı yayımlayır.
Proses hələ başa çatmayıb, lakin artıq 60-dan çox senator qanun layihəsi üzrə debatların qısaldılmasının lehinə çıxış edib - bu qədər "lehinə" səs yekun səsvermənin keçirilməsini planlaşdırmaq üçün kifayətdir.
Onun həftənin sonunadək keçirilə biləcəyi gözlənilir.
Sənədin mətninə əsasən, prezident ABŞ-yə idxal olunan Rusiya mallarına 500 %-dək, həmçinin Rusiya neft və qazının ən böyük beş alıcısına və sanksiyalardan yayınmağa kömək edən ölkələrə qarşı əlavə 100 %-lik rüsumlar tətbiq edə biləcək.
Qanun layihəsi, həmçinin 1996-cı il İrana qarşı sanksiyalar haqqında qanunun qüvvədə olma müddətini 2031-ci ilə qədər uzadır. Sənəd İranla biznes aparan qeyri-Amerika şirkətlərinə qarşı ikinci dərəcəli iqtisadi sanksiyaları nəzərdə tutur. Qanunun qüvvədə olma müddəti bu il başa çatırdı.