Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sanksiyalar işini görür: Rusiyanın neft gəlirləri azalmağa başladı

Noyabr ayında, hətta dənizdə neft tədarükü üçün tavan qiymətləri tətbiq edilməzdən əvvəl Rusiya xammal ixracını artırsa da, lakin satışdan əldə edilən gəlirlər azalmağa başlayıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin məlumatlarında deyilir.

Rusiya neft şirkətləri oktyabr ayı ilə müqayisədə 700 milyon dollar az, 15,8 milyard dollar əldə ediblər.

Beynəlxalq Enerji Agentliyi hesab edir ki, G7 ölkələri, Avropa İttifaqı, Avstraliya və Norveçdən tətbiq edilən yeni məhdudiyyətlər vəsait axınını daha da azaldacaq.

Onların fikrincə, 2023-cü ildə Rusiya neft hasilatını sutkada 1,4 milyon barel azaltmalı olacaq. Eyni zamanda, gələn il qlobal neft tələbi ilə bağlı proqnoz Çində anti-COVID məhdudiyyətləri və dünyanın digər regionlarında güclü tələbat fonunda artırılıb. Təşkilat bu ilin yekunlarına görə tələbin də gözləniləndən çox olacağını bildirib.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin məlumatları Rusiya Maliyyə Nazirliyinin məlumatları ilə təsdiqlənir. Ötən həftə agentlik bildirmişdi ki, noyabrın sonuna Rusiya büdcəsinə proqnozlaşdırılandan 90 milyard rubl az neft və qaz gəlirləri daxil olub. Eyni zamanda, dekabr ayı üçün əlavə neft və qaz gəlirləri proqnozu əvvəlki aylarla müqayisədə xeyli aşağı olub.

Maraqlıdır ki, Rusiya tərəfi hələlik neftin qiymətinin tavanının təsirini qiymətləndirməyib və cavab tədbirləri barədə məlumat verməyib. Öz növbəsində ABŞ indiyə qədər hər şeyin Qərbin planı üzrə getdiyinə işarə edir.