Logo
news content
User
Kateqoriyalar

Xəbər

Salyanda fermada 45 baş iribuynuzlu heyvan diri-diri yandı

Mənbə: APA

Salyanda fermada yanğın olub.

Hadisə rayonun Qardili kəndində baş verib. Kənd sakini Eyyub Şikarova məxsus fermada ot tayası yanıb. Küləkli hava yanğının güclənməsinə səbəb olub. Nəticədə 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb.

Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. FHNdən verilən məlumta görə, yanğın söndürülüb,

Faktla bağlı araşdırma aparılır.