Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şahnaz Bəylərqızı tibbi müşahidəyə götürülüb

Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.

O bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında Şahnaz Bəylərqızı ilə görüşüb. Vəkilin sözlərinə görə, ciddi sağlamlıq problemlərilə əlaqədar Bəylərqızı tibbi müşahidəyə götürülüb.

Jurnalistin tibbi müayinəsi aparılıb, şəkərli diabetin səviyyəsini ölçmək üçün qan nümunələri götürülüb. Bəylərgızına evdən dərmanlar gətiriblər.

Jurnalist fevralın 5-də saxlanılıb. Ona qarşı “Toplum TV işi” üzrə  ittiham irəli sürülüb. Fevralın 6-da məhkəmə jurnalisti 3,5 ay müddətinə həbs edib.