Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sabunçu rayonunda 4 nəfərin meyiti tapılıb

Bakının Sabunçu rayonunda 4 nəfərin meyiti tapılıb.

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. İki qonşunun meyiti evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılanların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib-içdiyi məlum olub. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.

Onların spirtdən zəhərləndiyi ehtimal olunur. İlkin məlumata görə, kimliyi məlum olmayan şəxslər bir yerdə texniki spirt qəbul edib.

Onların yeyib-içdikləri yerdən texniki spirt qabları tapılıb.

Hadisə ilə bağlı istintaq qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.

Araşdırma gedir.