Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq. Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.