"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib
29 İyul 2026
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçı başa çatıb.
Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" 2:0 hesablı qələbəyə sevinib.
Qolları Velko Simiç (53) və Coy-Lens Mikels (70) rəqib qapısından keçirib.
Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv turnirin III təsnifat mərhələsinə yüksəlib. Bakı təmsilçisi bu mərhələdə "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanmışdı.