Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sabah Mərkəzi Bank faiz qərarını açıqlayacaq - FED-ə "cavab"

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

Bu barədə AMB məlumat yayıb.

Xatırladaq ki, qurumun İdarə Heyəti oktyabrın 28-də uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,75 %-dən %-ə qaldırılması barədə qərar qəbul etmişdi. Faiz dəhlizinin aşağı həddi faiz bəndi artırılaraq %, yuxarı həddi isə yenə də 9,25 % müəyyən olunmuşdu.

Mərkəzi Bankın qərarı ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) atdığı addımla bağlıdır. FED iki günlük noyabr iclasının nəticələrinə görə uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırıb – 4,25-4.50 %-dək.

“Açıq Bazar Komitəsi uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,25-4,50%-ə qaldırmaq qərarına gəlib”, – məlumatda qeyd olunub.

Komitənin bütün üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.

FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə uçot dərəcəsini artırıb.