Logo
news content
User
Kateqoriyalar

Xəbər

Saakaşvili Ukraynaya verilməyəcək - Kobaxidze

Gürcüstanın baş naziri ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin Ukraynaya verilməsi və ya üçüncü ölkəyə köçürülməsi ilə bağlı Kiyevin çağırışlarına cavab verib. İrakli Kobaxidze Acarıstan İctimai Televiziyasının "Azad Məkan" verilişində Saakaşvilinin təhvil verilməsi üçün heç bir şans olmadığını deyib. O, Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyakın açıqlamalarını şərh edib.

"Burada da hər şey aydındır – konkret şəxslər danışanda hansı dürüstlüklə üzləşdiyimiz görünür. Belə insanlar bizə Saakaşvilinin köçürülməsindən danışanda, əlbəttə, biz belə mesajları ciddi qəbul edə bilmərik", – Kobaxidze vurğulayıb.

Podolyak noyabrın 16-da "Pirveli" telekanalına müsahibəsində Saakaşvilinin köçürülməsi məsələsinin aktiv araşdırıldığını bildirmişdi: "Cənab Saakaşvilinin cəlb olunması imkanına gəldikdə, bu, gündəliyimizin bir hissəsidir. Ukrayna bu məsələ üzərində fəal şəkildə işləyir".

Ukrayna hakimiyyəti dəfələrlə Gürcüstanı Saakaşvilini müalicə üçün Kiyevə təhvil verməyə çağırıb. Prezident Volodimir Zelenski deyib ki, "Rusiya Gürcüstan hakimiyyətinin əlləri ilə Ukrayna vətəndaşı Mixeil Saakaşvilini öldürür". Ancaq "Gürcü Arzusu" bu çağırışları rədd edib.