Rutte Rusiyanın NATO-ya Kalininqradla bağlı nüvə hədəsini təsdiqləyib
01 Oktyabr 2026
NATO-nun Baş katibi Mark Rutte Rusiyanın Kalininqrad vilayətinin blokadaya alınması və ya Rusiyanın digər ərazilərindən təcrid edilməsi halında bütün arsenalından, o cümlədən nüvə silahından istifadə edə biləcəyi barədə NATO-ya xəbərdarlıq göndərdiyini təsdiqləyib.
Rutte bildirib ki, NATO Rusiyanın mesajına cavab verib və alyansın müdafiə xarakterli olduğunu vurğulayıb.
“Biz müdafiə xarakterli alyansıq. Nüvə təhdidlərinə son qoyun. Bu, qətiyyən yolverilməzdir və heç bir fayda vermir”, - NATO Baş katibi vurğulayıb.
Qeyd edək ki, Rusiya NATO-ya göndərdiyi diplomatik sənəddə Kalininqrad vilayətini Rusiyanın qalan hissəsindən təcrid etməyə yönəlmiş istənilən cəhdə qarşı “bütün qüvvə və imkanlarından, o cümlədən nüvə silahından” istifadə etməyə hazır olduğunu bildirib.