Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyaya vurulan "zərbə" təsirini göstərir - Təyyarələr üçün ehtiyat hissələr yoxdur

Rusiyada sanksiyalara görə təyyarələr üçün ehtiyat hissələri qıtlığı yaranıb. Müdafiə kompleksləri yüzlərlə detalın əvəzedicisini tapmağa çalışır.

Bu barədə Ukrayna Baş Kəşfiyyat idarəsi məlumat yayıb.

Kəşfiyyat 8-ci Xüsusi Təyinatlı Aviasiya Diviziyasının komandanlığı ilə hərbi-sənaye kompleksi müəssisələrinin rəhbərliyi arasında rəsmi yazışmalardan ibarət materiallar əldə edib.

Bildirilir ki, “An”, “İl”, “Tu” seriyalı təyyarələrin təmiri və texniki xidməti üçün xaricdən gətirilən ehtiyat hissələri kifayət qədər deyil.

Rusiyaya tədarükü dayandırılan komponentlər arasında mayak eniş sistemləri, tüstü detektorları, meteoradarlar, radiolokasiya və naviqasiya sistemləri var.