Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın Ukraynadakı itkiləri 35 min nəfərə çatıb

Fevralın 24-dən ötən müddətdə Rusiya qoşunlarının ümumi döyüş itkisi iyunun 27-i üçün 35 min nəfərə çatıb. Bu barədə bazar ertəsi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Həmin müddətdə hərbi texnikada itkilər: tank ‒ 1552 ədəd, zirehli döyüş maşını ‒ 3687, artilleriya sistemi – 771, yaylım atəşi sistemi - 243, hava hücumundan müdafiə vasitələri - 101, təyyarələr – 217, vertolyot – 184, pilotsuz təyyarə - 636, qanadlı raket - 139, gəmi və kater - 14, avtomobil texnikası – 2 575, xüsusi texnika – 60 ədəd.

Ötən sutka Rusiya Silahlı Qüvvələri 150 nəfəri itirib. Ən çox itki Baxmut və Kuraxovka istiqamətində olub.

Həmin müddətdə Ukrayna tərəfdən həlak olanların sayı 10 min nəfəri ötüb.