Rusiyanın Su-25 qırıcısı vurulub
12 May 2024
Ukraynanın 110-cu ayrı mexanikləşdirilmiş briqadanın hərbçiləri Avdiivka istiqamətində Rusiyanın Su-25 qırıcısını vurub.
Bu barədə hərbi birləşmənin mətbuat xidmətindən bildirilib.
“Rusiya hava gəmilərinin düşüşü davam edir. 110-cu briqadanın zenitçilərinin növbəti əla işi. Bu gün növbəti Su-25 vurulub”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, mayın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski eyni briqadanın Donetsk vilayətində Rusiyanın başqa bir Su-25 qırıcısını zərərsizləşdirdiyini açıqlamışdı.