Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın neft-qaz gəlirləri ciddi şəkildə azalıb

2026-cı ilin ilk yeddi ayının yekunlarına görə, Rusiya büdcəsinin enerji resurslarının satışından əldə etdiyi ümumi gəlirlər nəzərəçarpacaq dərəcədə azalıb.

Bu barədə Rusiya Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Qurumun ilkin qiymətləndirməsinə əsasən, bu müddət ərzində neft-qaz gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16.8 faiz azalıb. Yanvar-iyul aylarında daxilolmaların həcmi təxminən 4.6 trilyon rubl (təqribən 95 milyard manat - red.) təşkil edib.

Maliyyə Nazirliyi bu dinamikanı əvvəlki dövrlərdə enerji resurslarının qiymətlərinin aşağı düşməsi ilə əlaqələndirib.