Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
04 Noyabr 2026
Rusiya Silahlı Qüvvələrinin Kamışevaxaya (Ukraynanın Zaporojye vilayəti) endirdiyi zərbə nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
“İnterfaks-Ukrayna” xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Mixail Semikin məlumat verib.
"Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb. Faciə yerində axtarış-xilasetmə işləri davam edir. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin kinoloqları və xilasediciləri hadisə yerindədir", - o bildirib.
Daha əvvəl 31 nəfərin, o cümlədən iki xilasedici və dörd polisin öldüyü, həmçinin beş nəfərin yaralandığı, 48 nəfərin isə itkin düşdüyü bildirilmişdi.