Logo
news content
User
Kateqoriyalar

Xəbər

Karapetyan və digərləri "Elektrik şəbəkələri"nə 177 milyon dollar ziyan vurub

Müxalif "Güclü Ermənistan" partiyasının lideri, iş adamı Samvel Karapetyan və onunla əlaqəli şəxslərin əməlləri nəticəsində "Ermənistan Elektrik Şəbəkələri" QSC-yə 64,5 milyard dram (177 milyon dollar) məbləğində ziyan dəyib.

Bu barədə Ermənistan İstintaq Komitəsinin 65 nəfərin yaşayış yerində, o cümlədən Karapetyanın və onun qardaşı oğlu Narek Karapetyanın evlərində aparılan bugünkü axtarışların yekunlarına dair bəyanatında bildirilib.

Axtarışdan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Samvel Karapetyanı evdən aparıblar. İstintaq Komitəsinin əməkdaşları axtarışları Milli Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Gəlirləri Komitəsindən olan həmkarları ilə birlikdə aparıblar.

İstintaqın məlumatına əsasən, iş adamı və onun tapşırıqları ilə 2016-2024-cü illərdə fəaliyyət göstərən şəxslərin özəl sektorda vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri, külli miqdarda əmlakı mənimsədikləri və çirkli pulları yuduqları müəyyən edilib.