Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın ən böyük neft-kimya kompleksi dron hücumuna görə fəaliyyətini dayandırıb

Rusiyanın Tobolskdakı (Tümen vilayəti) ən böyük "ZapSibNeftexim" neft-kimya kompleksi dron hücumundan sonra fəaliyyətini dayandırıb.

Bu barədə "Reuters" sənaye mənbələrinə istinadən bildirib. Məlumata görə, dayandırma qeyri-müəyyən müddətədir, zərərin miqyası və nəticələri qiymətləndirilir.

Əvvəllər Ukrayna dronlarının Rusiyanın Tümen vilayətindəki "ZapSibNeftexim" neft-kimya kompleksinə zərbə endirdiyi bildirilib. Dronların hədəfə çatmaq üçün 2000 kilometrdən çox məsafə qət etdiyi xəbər verilib. Kompleksdə yanğınlar və dağıntılar barədə xəbərlər yayılıb.

Tümen vilayətinin qubernatoru Aleksandr Moor obyektin adını açıqlamadan dron hücumu nəticəsində regionun sənaye obyektlərindən birində yanğının baş verdiyini təsdiqləyib.