Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın daha bir itkisi - Dünyanın ən böyük nüvə sualtı qayığı utilizasiya edilir

Dünyanın ən böyük strateji nüvə sualtı qayığı “Dmitri Donskoy” Rusiya Hərbi Dəniz Qüvvələrinin tərkibindən çıxarılıb.

Bu barədə Rusiya KİV-də məlumat yayılıb.

Bildirilib ki, sualtı qayıq utilizasiya ediləcək.

Eyni zamanda vurğulanıb ki, “Dmitri Donskoy” adı artıq keçən il “Sevmaş”da təməli qoyulmuş “Borey-A” sinfinə aid başqa bir strateji nüvə sualtı qayığına verilib.