Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyalı hərbçidən etiraf: “Məqsədimizə çata bilmirik” - VİDEO

“Ukrayna Moskva vilayətindən bir qədər böyük ərazidə yerləşir. Və biz iki ay yarımdır ki, burada məqsədimizə çata bilmirik”.

Bu etirafla Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən rusiyalı hərbçilərdən biri çıxış edib.

Rusiyalı hərbçi əlavə edib ki, Ukrayna ordusu vaxtında tanklarla, digər hərbi texnika ilə təchiz edilir və Rusiya ordusunun uğursuzluğunun əsas səbəbi də budur.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə qoşun yeritməsindən artıq 103 gün keçir.