Rusiyada turistləri daşıyan avtomobil Baykal gölünə düşüb, 8 nəfər ölüb
20 Fevral 2026
Rusiyada çinli turistləri daşıyan avtomobil Baykal gölünə düşüb.
Buzun üstündə hərəkət edən UAZ mikroavtobusu buzun altına gedib və göldə batıb.
Hadisə nəticəsində 8 nəfərin öldüyü bildirilib.
UAZ Çindən ekskursiyaya gələn turistləri daşıyırmış. Sürücü göldəki çatı hiss etməyib və nəqliyyat vasitəsi buzun altına gedib.
BAZA-nın məlumatına görə, nəqliyyat vasitəsindəki doqquz nəfərdən yalnız biri turist xilas ola bilib. İlkin məlumata görə, yerli sürücü və yeddi Çin vətəndaşı ölüb.