Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada lak-boya müəssisəndə dəhşətli yanğın: Son iki ayda ikinci dəfə - VİDEO

Moskva vilayətinin Elektrouqli şəhərində lak-boya məmulatları olan emalatxanada yanğın baş verib. Binanın damı uçub, hadisə şahidləri partlayış səsləri eşidiblər.

Yanğın həlledicilər və lak-boya məmulatları mağazasının yerləşdiyi üçmərtəbəli binada baş verib.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi yanğının söndürülməsinə dair görüntülər paylaşıb.

Yanğın 1,6 min kvadratmetr sahədə lokallaşdırılıb.

Qeyd edək ki, təxminən iki ay əvvəl də həmin zavodda güclü yanğn olmuşdu.