Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada "Başneft-Novoyl" və "Slavneft-YANOS" NEZ-lərinə zərbə endirilib - Zelenski

Ukrayna Müdafiə Qüvvələri Başqırdıstandakı (Rusiya) "Başneft-Novoyl" neft emalı zavodunu (NEZ), həmçinin Yaroslavl vilayətindəki "Slavneft-YANOS" NEZ-i vurub.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb.

V.Zelenski vurğulayıb ki, Başqırdıstandakı "Başneft-Novoyl" NEZ cəbhə xəttindən 1 300 kilometrdən çox, Yaroslavl vilayətindəki NEZ isə sərhəddən demək olar ki, 700 kilometr məsafədə yerləşir.

Bundan əlavə, V.Zelenski Ukrayna qüvvələrinin Qara dənizdəki uğurlu əməliyyatları barədə məlumat verib. Onun sözlərinə görə, Rusiyanın iki hərbi patrul kateri, eləcə də "kölgə donanması"nın gəmiləri vurulub.