Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Youtube şəbəkəsini terrorçu elan etdi - Bağlana bilər

Youtube şəbəkəsi Rusiyada bloklana bilər. Bu barədə Rusiya Federasiya Şurasının konstitusiya qanunvericilik komitəsinin sədri Andrey Klişas bildirib.

Onun sözlərinə görə, qanuna əməl etmədiyi təqdirdə Youtube Rusiyada bloklanacaq: " Youtube qanuna əməl etməlidir, ya da bloklanmalıdır".

Qeyd edək ki, Roskomnadzor Youtube şəbəkəsini terrorçuluqda ittiham edərək, Rusiya əleyhinə verilişləri dərhal dayandırmağı, eləcə də bloklanmış Rusiya kanallarına girişi dərhal bərpa etməyi tələb edib.

Roskomnadzor Google LLC şirkətinə müraciət edərək Youtube videohostinqində Rusiya vətəndaşlarının ünvanına hədələri dayandırmağa çağırıb: “Youtube administrasiyasının fəaliyyəti terror xarakteri daşıyır, Rusiya vətəndaşlarının həyat və sağlamlığına təhlükə törədir”.

Qeyd edək ki, əsas irad Youtube videohostinqinin Ukrayna prezidentinin köməkçisi Aleksey Arestoviçin müraciətini yayması ilə bağlıdır. Arestoviç son müraciətində Rusiya və Belarus vətəndaşlarını dəmir yollarını sıradan çıxarmağa və bununla da Ukrayna ilə müharibə üçün daşınan hərbi texnikanın qarşısını almağa çağırmışdı.